Artıq 31-ci ildir ki, Azərbaycan Respublikasının işğal altında qalan torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejiminin hazırda Rusiya hərbi kontingentinin himayəsində bəslənən tör-töküntülərinin rəhbəri, Azərbaycan CM-nin 8 maddəsi ilə beynəlxalq axtarışda olan Arayik Arutyunyan bu günlərdə Moskvada “işgüzar səfər”də olub.
Hafta.az xəbər verir ki, bu haqda Ermənistanın InfoPort.am saytı Moskvadakı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, separatçı-terrorçu rejim tör-töküntülərinin rəhbəri “Rusiyanın müxtəlif rəsmiləri ilə görüşüb. Görüşlərdə müdafiə, humanitar və digər sahələr üzrə məsələlər müzakirə olunub. Mənbənin sözlərinə görə, görüşün nəticələri hər iki tərəfi qane edib”- erməni nəşrinin yaydığı xəbərdə belə deyilir.